IQNA

Quran nə deyir? /21

Cəmiyyətdə sərvəti tənzimləmək üçün Quran təlimi

15:41 - July 25, 2022
Xəbər sayı: 3492608
Yoxsulluq məsələsi tarix qədər dərin və qlobal coğrafiyanın genişliyi qədər insan cəmiyyətinin geniş yayılmış problemlərindən biridir.

Bu problemin genişlənməsində və azalmasında sosial münaqişələr və iqtisadi münasibətlərdə davamlı dəyişikliklər çox təsirlidir. Bəs yoxsulluğu cəmiyyətdən silmək üçün əsas həll yolu nədir?

İslamın nəzərinə görə, insanların öz ətraf mühit şəraitinə ümumi və davamlı diqqəti olmadan, imkansızların vəziyyətini bilmədən və onlara qayğı göstərmədən, ehtiyacı olanların şəraitinin yaxşılaşdırılmasına ümid etmək olmaz. Bu elə bir mövzudur ki, Quranda ondan başqa bir mövzu barəsində bu qədər ətraflı bəhs edilməmişdir. "İnfaq" adlı bir məfhum onun həlli kimi göstərilir. "İnfaq" sözü lüğətdə çuxurun doldurulması deməkdir. Termində maliyyə çatışmazlıqlarını doldurmaq və aradan qaldırmaq deməkdir. "İnfaq" mal-dövlətdən əlavə, elm, şərəf və məqamı da əhatə edir.

"İnfaq"ın təsirləri heç kimdən gizli deyil. Onların arasında var-dövlətin nizamlanmasını və sinfi fərqlərin azaldılmasını, sevginin yaradılmasını, səxavət ruhunun çiçəklənməsini və hər şeydən əvvəl Allaha yaxınlaşmağı qeyd edə bilərik. Bu təlim Quranın bir çox ayələrində təkrarlanır və bütün ictimaiyyət onu yerinə yetirməyə dəvət olunur:

Öz mallarını gecə və gündüz, gizlin və aşkar (şəkildə Allah yolunda) xərcləyənlərin Rəbbi yanında məqamlarına layiq mükafatları vardır. (Axirətdə) onlar üçün nə bir qorxu var və və nə də qəmgin olarlar" (Bəqərə, 274).

Quranın bu hissəsi "infaq" ayəsi kimi tanınır. Allahın müjdəsi hər bir şəraitdə "infaq" edənlərə ünvanlanıb. Belə insanlar yoxsulluqdan qorxmurlar. Çünki onlar Allahın vədlərinə inanır və Ona təvəkkül edirlər. "İnfaq" etdikləri üçün də qəmgin olmurlar. Çünki onlar Allahın razılığına və infaqın axirət təsirinə diqqət yetirirlər.

Möhsin Qəraati "Nur Təfsir"ində bu ayənin infaqdan bəhs edən əvvəlki on dörd ayənin cəmi olduğuna işarə edərək deyir: Bəlkə də "gecə"nin "gündüz"dən, "gizli"nin "açıq-aşkardan" öncə gəlməsinin səbəbi gecə vaxtı edilən gizli ianələrin daha çox dəyəri var. Bu məqamı xatırlamaq lazımdır ki, İslam dininin infaq məsələsinə diqqət yetirməsi dilənçiliyi yaymaq məqsədi daşımır. Çünki bir çox rəvayətlərdə ehtiyacı olmadan başqalarından kömək istəyənlər məzəmmət edilmişdir. Digər tərəfdən, ən yaxşı infaq növü pul vermək əvəzinə iş öyrətməkdə tətbiq edilmişdir.

Ayənin mesajları
1_ Müvəqqəti, məhdud və mərhəmət üzündən deyil, səxavət və infaq ruhunun olması vacibdir. Çünki "Yunfiqunə" işin davamlı olmasına dəlalət edir.
2_ İlahi mükafatı təyin etməmək onun genişliyinə işarədir. 
3_ Allahın vədləri insan üçün yaxşı işlərdə ən yaxşı təşviqdir. 
4_ əmin-amanlıq infaqın bərəkətlərindəndir.

Təfsirçilərə görə, bu ayənin bariz nümunəsi Əli bin Əbi Talib şəxsiyyətidir və ayə onun hərəkəti münasibətilə nazil olmuşdur. Əllamə Təbatəbai "Əl-Mizan"da bu məqamı vurğulayan İslami təfsir və əsərlərin uzun bir siyahısını qeyd edir: Əli ibn Əbi Talibin dörd gümüş dirhəmi var idi, birini gecə, ikincisini gündüz, üçüncünü gizli, dördüncüsünü isə aşkar şəkildə sədəqə verdi. Bəqərə surəsinin ayəsi bu münasibətlə nazil olmuşdur. Orada o böyük şəxsiyyətin hər dirhəmi mal adlanır və sədəqəsinin qəbul olunacağı ilə müşdələnmişdir.

"Əd-Durrul-Mənsur", "Burhan Təfsir"i və "Mənaqib ibn Şəhr Aşub" bu əhvalatı nəql edən əsərlərdəndir. İbn Abbas və Səddi, Mücahid və Kəlbi, Əbi Saleh, Vahidi, Tusi və Sələbi, Təbərsi və Mavrudi, Qəşiri və Şəmali, Nəqqaş və Fətal, Abdullah ibn Hüseyn və Əli ibn Hərb Tai öz təfsirlərində bunu ifadə etmişlər.

captcha