IQNA

Quran nə deyir? / 34

Allah ifratçı qrupları sevmir

12:03 - November 14, 2022
Xəbər sayı: 3493259
Qurani-Kərimin bir neçə ayəsində təcavüzkarlar və ifratçı və qeyri-normal davranışları olan qruplar barədə xəbərdarlıqlar edilmişdir. Bu ayələrdən biri belədir: “Həqiqətən, Allah həddi aşanları sevməz".

Hər bir cəmiyyətin öz mədəniyyətinə, ayinlərinə və tarixinə uyğun olaraq fərqli davranışlar nümayiş etdirən müxtəlif qrupları vardır. Bu davranışlardan biri də müxtəlif qruplar arasında münaqişə və çəkişmələr zamanı baş verir.

Bu qrupların zorakı davranışlarını mühakimə etsək, qarşıdurmanı başladanın və özünü müdafiə edənin və s.-nin əxlaqi və dini baxımdan fəsadları var. Lakin Quran bu haqda açıq şəkildə bəyan etmişdir:

"Allah yolunda sizinlə vuruşanlarla vuruşun! Həddini aşmayın, çünki Allah həddi aşanları sevməz!" (Bəqərə, 190).

Bu ayə İslam düşmənləri ilə müharibə haqqında nazil olan ilk ayə idi. Bu ayə nazil olduqdan sonra Həzrət Peyğəmbər (s) onlarla döyüşənlərlə vuruşdu. Onlarla döyüşməyənlərlə isə işi olmadı. Bu o zaman qədər belə davam etdi ki, "müşriklərlə döyüşün" (Tövbə, 5) ayəsi nazil oldu. Bu ayə bütün müşriklərlə döyüşmək icazəsi verdi.

"Nümunə" təfsirinin müəllifləri bu ayə haqqında müəyyən fikirlər irəli sürmüşlər. Quranın bu ayəsində müsəlmanlara qarşı qılınc çəkənlərlə vuruşmaq və döyüşmək əmri verib: “Sizinlə döyüşənlərlə Allah yolunda vuruşun”. “Allah yolunda” ifadəsi İslam müharibələrinin əsas məqsədini aydınlaşdırır ki, İslam məntiqi ilə müharibə heç vaxt qisas, şöhrətpərəstlik, ölkə zəbt etmək və ya qənimət qazanmaq məqsədi daşımır. Bu məqsəd müharibənin bütün sahələrinə təsir edir. Döyüşün kəmiyyət və keyfiyyəti, silah növü, əsirlərlə rəftarını ilahi rəngə çevrir.

Sonra Qurani-Kərim hətta döyüş meydanında və düşmənlərə qarşı ədalətə riayət etməyi tövsiyə edərək buyurur: "Həddi aşmayın, çünki Allah həddi aşanları sevməz".

Müharibə Allah üçün və Allah yolunda olarsa, onda heç bir həddi aşmaq və təcavüzkarlıq olmamalıdır. Məhz bu səbəbdən İslam müharibələrində - bizim dövrümüzdəki müharibələrdən fərqli olaraq, bir çox əxlaqi prinsiplərə riayət etmək tövsiyə olunur. Məsələn, silahı yerə qoyan insanlara, döyüş qabiliyyətini itirmiş və ya döyüşə gücü çatmayanlara, yaralılara, qocalara, qadınlara, uşaqlara təcavüz edilməməlidir. Bağlar, bitkilər və əkinlər məhv edilməməlidir. Düşmənin içməli suyunu zəhərləmək üçün zəhərli maddələrdən istifadə edilməməlidir (kimyəvi və mikrob müharibəsi).

Möhsin Qəraəti “Nur" təfsirində bu ayədən bəzi maraqlı mesajlar ifadə etmişdir:

1_ Müdafiə və olduğu kimi qarşılıq vermək insan haqlarıdır. Əgər kimsə bizimlə döyüşürsə, biz də onunla döyüşəcəyik. "Sizinlə döyüşənlərlə vuruşun".

2_ İslamda müharibədən məqsəd torpaq və su almaq və ya müstəmləkəçilik etmək və intiqam almaq deyil. Məqsəd fitnə-fəsad cərəyanlarını aradan qaldırmaq və düşüncələri azad edərək insanları xurafatdan xilas etməklə haqqı müdafiə etməkdir. "Allah yolunda"

3_ Müharibədə belə ədalətə və haqqa riayət edilməlidir. “döyüşün... təcavüz etməyin”. Qurani-Kərim dəfələrlə “həddi aşmayın” cümləsi ilə əmr etmişdir ki, hər hansı bir əmri yerinə yetirərkən həddi və hüdudları aşmamaq lazımdır.

4_ Allahın dininə zülm etmək və qarşı durmaq Allah sevgisinin ipini qırar. “Həqiqətən, Allah həddi aşanları sevməz”.

5_ Yalnız cəbhədə olmaq bizi Allaha yaxınlaşdırmaz. Lakin Allah tərəfindən sevilmək ədalətli döyüşdə olduğumuz və haqqa hörmət etdiyimiz zaman olur. “Həddi aşmayın, Allah həddi aşanları sevməz”.

6_ Müharibədə məqsəd yalnız Allah olmalıdır, istəklər, qərəzlər, qənimətlər, riya və s. Olmamalıdır. "Allah yolunda".

7_ İnsan öz təbii haqqını müdafiə edərkən belə, Allahı düşünməlidir. Baxmayaraq ki, onlar sənə qarşı müharibəyə başlayıblar və sən müdafiə olunmalısan, amma yenə də “Allah yolunda" addım atın.

Oxşar xəbərlər
captcha