IQNA

Qəzzada məscidlərin böyük miqyasda dağıdılması İsrailin İslama qarşı müharibəsinin sübutudur

0:45 - April 26, 2024
Xəbər sayı: 3495838
İQNA - Qəzza zolağında məscidlərin qəsdən və məqsədyönlü şəkildə dağıdılması məscidlərin əhəmiyyətini bilən sionist rejimin İslami dəyərlərə qarşı apardığı müharibəni açıq şəkildə ortaya qoydu.

"İQNA", Fələstin İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, İsrailin Qəzzada həyata keçirdiyi soyqırım 6 aydır ki, davam edir. Müharibədə minlərlə dinc sakin həyatını itirərkən, evlər dağıdılıb, məscidlər, ibadət yerləri işğalçılar tərəfindən vurulub.

Qəzzadakı dövlət media ofisinin məlumatına görə, işğalçılar 233 məscidi tamamilə, 301 məscidi isə qismən dağıdıblar. Onlar 3 kilsəni də hədəfə alıblar və tamamilə dağıdıblar.

Aprelin 16-da Cibaliye düşərgəsinin qərbindəki Şuhəda Əl Faxurə məscidinə rejim təyyarələrinin hücumu çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olub.

Həmin gün sionist rejim təyyarələri Qəzzənin mərkəzindəki Deyr Əl Bəlx şəhərinin Əl Buruq məhəlləsindəki məscidə hücum edib. Partlayış nəticəsində məscid tamamilə dağılıb.

İmam camaat işğalçıların heç bir əsas olmadan məscidi dağıtdıqlarını bildirib.

Əl-Qəssam batalyonlarının sözçüsü Əbu Ubeydə üç ay əvvəl etdiyi çıxışında azan səsini susdurmaq üçün məscidlərin qəsdən işğalçılar tərəfindən hədəf alındığını bildirib.

Qəzzənin mərkəzindəki ən qədim və tarixi məscidlərdən biri olan Əl-Öməri məscidi ötən ilin dekabrında sionistlər tərəfindən dağıdılıb. Qəzzanın Turizm və Qədim Əsərlər Nazirliyi o zaman elan etmişdi ki, işğalçılar Fələstin milli irsini silmək və məhv etmək planının bir hissəsi olaraq Qəzza zolağında Əl-Öməri məscidini dağıdıblar.

Nazirlik həmçinin bəyan edib ki, bu, Fələstinin mədəni irsinə birbaşa hücumdur. Bütün beynəlxalq müqavilələri, o cümlədən 1907-ci il Haaqa Konvensiyası, 1949-cu il Dördüncü Cenevrə Konvensiyası və YUNESKO-nun Mədəni İrsin Qorunması üzrə Konvensiyalarını pozur.

Məscidlərdə ibadət olmadığı halda İsrail heç bir hücum həyata keçirmir. Müsəlmanlar namaza toplaşanda sionist rejim təyyarələri tez-tez məscidləri dağıdır. Bu da Qəzzanın müxtəlif yerlərində yüzlərlə insanın həyatını itirməsinə səbəb olur.

Fələstin Universitetinin yazıçısı və ustadı Məhəmməd Ər-Rantisi deyir ki, ingilislərin Hindistanda bir çox məscidi dağıtması kimi Qəzzə kimi kiçik bir bölgədə də işğalçı rejim tərəfindən 533 məscidin dağıdılması müharibələr və ya silahlı münaqişələr zamanı məscidlərə edilən hücumlar tarixində görünməmiş bir hadisədir.

Bundan əlavə, bunun sistemli şəkildə həyata keçirildiyini bildirən müəllif məqaləsində məscidlərin sökülməsinin həm də İsrailin Beynəlxalq Ədalət Məhkəməsində ittiham olunduğu soyqırım prosesi ilə bağlı olduğunu vurğulayıb. Bosniyalı müsəlmanların soyqırımı zamanı məscidlər də böyük ölçüdə dağıdılıb.

Əl Rantisi bildirib ki, sionist rejim məscidlərin əhəmiyyətini və fələstinlilərin həyatındakı yerini dərk edib və buna görə də Allahın kitabındakı dəyərlərin və iradələrin çiçəkləndiyi yer kimi gördükləri məscidləri hədəfə almaq qərarına gəliblər.

Əl-Cəzirə kanalının müxbiri öz hesabındakı paylaşımında bu sualı qaldırıb: "İsrail qəsdən məscidləri birbaşa hədəfə aldıqda, bunun İslama və müsəlmanlara qarşı dini müharibə olduğuna əmin olmamalıyıq?".

Fələstin İnformasiya Mərkəzinin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərindəki müxbiri bildirib ki, işğalçılar quru hücumundan sonra bölgədən çəkilərkən heç bir məscidi dağıdılmadan tərk etməyiblər.

O, fələstinlilərin dağıdılmış məscidlərin xarabalıqları üzərində dua etdiklərini və İsrail təyyarələrinin səsindən daha yüksək səslə azan oxuduğunu vurğulayıb.

4211745

captcha