IQNA

Beynəlxalq Quran sərgisində 25 ölkənin nümayəndəsi iştirak edir

5:54 - March 25, 2024
Xəbər sayı: 3495684
İQNA - 31-ci Beynəlxalq Quran Sərgisinin beynəlxalq bölməsində İslam və qeyri-islam ölkələrindən 25 nümayəndə iştirak edir.

"İQNA", xəbər verir ki, sərgi 20-27 mart tarixləri arasında keçiriləcək. Qurani-Kərim sərgisinin beynəlxalq bölməsində BƏƏ, Əlcəzair, Səudiyyə Ərəbistanı, Tunis, Küveyt, Tailand, Banqladeş, İraq, Fələstin, Malayziya, İndoneziya, Şri-Lanka, Hindistan, Bəhreyn və Pakistan kimi müsəlman ölkələri vardır.

Bundan əlavə, bu sərgidə Fransa, Çin, Xorvatiya və Rusiya kimi qeyri-islam ölkələrinin nümayəndələri də iştirak edir.

31-ci Beynəlxalq Qurani-Kərim Sərgisində 18 ölkə öz stendlərində öz bədii əsərlərini nümayiş etdirir. 7 ölkənin nümayəndəsi isə yalnız qonaq qismində iştirak edir.

Beynəlxalq bölmədə hər gün mövcud ölkələrin nümayəndələrinin iştirakı ilə müxtəlif görüşlər keçirilir.

4206906

captcha