İran İslam Respublikasının Xuzistan əyalətinin Abadan şəhərinin dini təbliğçilərinin təşəbbüsü ilə Qədir-Xumu və İmam Əlini (ə) vəsf edən çox gözəl bir audioklip hazırlanıb.
"Həqqul-Mübin" adlanan bu audioklipi Quran qarisi, şair, məddah və dini alim Höccətil-İslam Hüseyn Xuzai və şair və din alimi Höccətul-İslam Seyid Əbdüləmir Musəvi Müşəşəi ərsəyə gətiriblər.
Audioklipin sözləri şair Höccətul-İslam Seyid Əbdüləmir Musəvi Müşəşəiyə aiddir.
Klipdə Qədir-Xum hadisəsinə, "vəli" kəlməsinin mənasına, Əhzab surəsinin 6-cı ayəsi və Məaric surəsinin şəni-nüzuluna işarə edilib.
Bundan öncə onlar mübarək Ramazan ayında "Ya Təvvab" və 14 məsumun həyatına işarə edən "Səfinətəllah" audiokliplərini hazırlamışdılar.
Höccətul-İslam Seyid Əbdüləmir Musəvi Müşəşəi bir çox məddahlar üçün şeir, mədhiyyə və mərsiyə yazmışdır. /3915228