İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei müqəddəs Ramazan bayramı münasibətilə hərbi və müxtəlif mülki məhkəmələrdə mühakimə olunan 2127 məhbusun əfv edilməsi, azadlığa buraxılması və ya cəzalarının yüngülləşdirilməsi təklifini qəbul edib.
İran Məhkəməsinin sədri Qulamhüseyn Muhseni Ejei İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xameneiyə yazdığı məktubda lazımi şərtlərə cavab verən 2127 məhbusun cəzasının yüngülləşdirilməsini və əfv olunmasını təklif edib.