Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərinin Visaitovski Şəhər Məhkəməsində keçirilən prosesdə Qurani-Kərimi yandıran Juravel “mənəvi dəyərləri təhqir etmək və ictimai asayişi pozmaq”da təqsirli bilinib.
Məhkəmə 20 yaşlı Juravelin 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.
Juravelin vəkili Yuliya Antonova iclasdan sonra jurnalistlərə bildirib ki, məhkəmə qərarından apellyasiya şikayəti verəcəklər.
Nikita Juravel 2023-cü ilin mayında Rusiyanın Volqoqrad şəhərində məscidin qarşısında Quranı yandırdığına görə saxlanılıb və Çeçenistana göndərilib.
AA