IQNA

40-cı Beynəlxalq Quran Müsabiqəsinin qalibləri məlum olub

20:55 - February 21, 2024
Xəbər sayı: 3495506
İQNA – İran İslam Cümhuriyyətinin 40-cı Beynəlxalq Quran Müsabiqəsinin nəticələri açıqlanıb və buna əsasən İranın təmsilçiləri yarışın bütün beş kateqoriyasında həm kişi, həm də qadın bölmələrində birinci yerə layiq görülüblər.

“İQNA”-nın verdiyi xəbərə görə, 40-cı İran Beynəlxalq Quran Müsabiqəsinin nəticələri açıqlanıb, buna əsasən İranın beş nümayəndəsi qadın və kişi bölmələrində bütün birinci yerləri qazanıb. Bu yarışmanın qalibləri aşağıdakılardır;

 

Qadınlar bölməsi

40-cı beynəlxalq müsabiqənin Quranı bütünlüklə əzbərləmə sahəsi

Birinci yeri iranlı Röya Fəzaili tutub

Nigeriyalı Məymunə Badği ikinci olub

Üçüncü yeri indoneziyalı Nuriyə Jurian Ərğə tutub

 

40-cı beynəlxalq müsabiqənin tərtil qiraəti üzrə

İranlı Adilə Şeyxi, birinci yeri qazanıb

İkinci yeri sinqapurlu Ətiqə Səhimi tutub

Üçüncü yerdə isə iraqlı Dua Əl-Səid qərarlaşıb

 

Kişi bölməsi

40-cı beynəlxalq müsabiqənin təhqiq qiraəti üzrə

 

Birinci yeri iranlı Hadi Esfidani tutub

İkinci yerdə tailandlı Mustafa Branon qərarlaşıb

Üçüncü yeri hollandiyalı Mustafa Əli tutub

 

40-cı beynəlxalq müsabiqənin Quranı bütünlüklə əzbərləmə sahəsi

 

İranlı Ümidrza Rəhimi, birinci yer

Rusiyalı Burhanuddin Rəhimov, ikinci yer

Üçüncü yeri Əlcəzairli Hüzeyfə Qureşi tutub

 

40-cı beynəlxalq müsabiqənin tərtil qiraəti üzrə

 

Birinci yeri iranlı Məhəmməd Pursina tutub

Suriyalı Bilal Əl-Şeyx Xalid, ikinci yeri tutub

Livanlı Məhəmməd Mehdi İzzəddin üçüncü yeri tutub

 

İran İslam Cümhuriyyətinin 40-cı Beynəlxalq Quran Yarışması Vəqflər və Xeyriyyə Təşkilatının himayəsi ilə İslam İranın Zirvə Salonunda 15 fevral – 21 fevral tarixlərində keçirilib.

captcha