IQNA

Səudiyyə Ərəbistanında Quran texnoloji forumu öz işinə başlayır

9:15 - February 08, 2024
Xəbər sayı: 3495438
İQNA - Qurani-Kərim Texnoloji Forumu gələn həftə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda öz işinə başlayacaq.

"İQNA", "Əş-şuruq" saytına istinadən xəbər verir ki, bu ilk ixtisaslaşmış elmi forumda yeni texnologiyalar və onların Qurani-Kərimin xidmətində tətbiqi müzakirə olunacaq.

Bu forum Quranın qiraətini, əzbərlənməsini və təkrarını asanlaşdırmaq üçün yeni və inkişaf edən texnologiyalardan istifadə etmək məqsədi daşıyır. O, bir qrup ekspert və akademikin iştirakı ilə təşkil olunur. Bundan əlavə, rəqəmsal Quran sahəsində uğurlu təcrübələr nəzərdən keçiriləcək.

Səudiyyə Ərəbistanından olan görkəmli akademiklər qrupu müxtəlif ixtisaslaşdırılmış texniki sahələr üzrə elmi məqalələr təqdim edərək forumda iştirak edəcək. Blokçeyn texnologiyaları, süni intellekt və s.

Eyni zamanda, forumda iştirak edən tərəflər arasında Quran platformalarının inkişafı və bu sektorda perspektivli imkanlara sərmayə qoyuluşu sahəsində bir çox ortaq əməkdaşlıq müqavilələri imzalanacaq.

Ötən həftə Səudiyyə Ərəbistanının paytaxtında Qurani-Kərimin tətbiqi ilə bağlı problemlərə həsr olunmuş konfrans keçirilib. 42-dən çox ölkədən 1800-dən çox proqramçı və süni intellekt üzrə ekspert orada iştirak edib və Qurani-Kərimə xidmət etmək üçün innovativ platformalar təqdim etmək üçün yarışıb.

4198439

captcha