IQNA

Kasablanka Beynəlxalq Quran tilavəti festivalının qalibləri mükafatlandırılıb

11:27 - January 30, 2024
Xəbər sayı: 3495390
İQNA – 9-cu Kasablanka Beynəlxalq Quran tilavəti festivalının qalibləri bazar günü keçirilən mərasimdə mükafatlandırılıblar.

"İQNA", "Hespers" saytına istinadən xəbər verir ki, Mərakeşin paytaxtı Kasablankada keçirilən bağlanış mərasimi finala çıxan 22 nəfərin Quran tilavəti ilə başlayıb. Onlar ümumilikdə yüz iştirakçı arasında finala yüksəliblər. Tədbirin yekun mərhələsində iştirakçıların Quran tilavətində təcvid və qiraət qaydalarını tam mənimsədikləri nəzərə alınıb.

Bu mərhələdə münsiflər heyəti 12 nəfəri müəyyənləşdirib. Altı mükafat oğlan və qız uşaqlarına, altı mükafat isə yetkin kişi və qadınlara verildi. Bundan əlavə, təşkilatçılar iştirakçılara xatirə lövhələri təqdim ediblər.

Dörd gün davam edən tədbirdə festivalın fəxri rəhbəri Ali Elmi Şuranın baş katibi Məhəmməd Yusif, məşhur Mərakeş qari və azadlıqsevər Şeyx Məhəmməd Turabi də mükafatlandırılıb.

Bu festival Mərakeş Rabitə və Sosial İnkişaf Assosiasiyasının səyləri ilə təşkil edilmişdir.

4196589

captcha