IQNA

Kasablankada beynəlxalq Quran tilavəti festivalı fəaliyyətə başlayıb

7:27 - January 27, 2024
Xəbər sayı: 3495370
İQNA – Mərakeşin Kasablanka şəhərində keçirilən 9-cu Beynəlxalq Quran tilavəti festivalı çərşənbə günü başlayıb.

"İQNA", "Əl-Səfir 24" saytına istinadən xəbər verir ki, festival dörd gün davam edəcək və açılış mərasimi Abdullah Kanun Mədəniyyət Mərkəzində baş tutub.

Bu Quran tədbirində Mərakeşdən və bir çox başqa ölkələrdən təxminən 400 Quran alimi iştirak edir.

Bağlanış mərasimi yanvarın 27-də keçiriləcək. Final mərhələsində 12 nəfər vəsiqə qazanacaq. Altı mükafat kiçik qız və oğlanlara, digər altı mükafat isə yetkin kişi və qadınlara veriləcək. Bundan əlavə, qaliblərə xatirə lövhəsi də veriləcək.

Festivalın fəxri sədri Kommunikasiya və Sosial İnkişaf Assosiasiyasının baş katibi Məhəmməd Yusifdir.

Bundan əlavə, Mərakeşin məşhur qari və məddahı Şeyx Məhəmməd Turabi də təltif olunacaq.

Mərakeş Qərbi və Şimal-Qərbi Afrikada Quran fəaliyyətlərinin mərkəzidir və ölkə daxilində və xaricdə bir çox Quran fəaliyyətləri təşkil edir. Bu ərəb ölkəsi həm də Qərbi Afrikada geniş yayılmış “Vərş” və “Nafi” rəvayətlərində Quran çapı və nəşrinin mərkəzidir.

kod

 

 

4195884

captcha