İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Şəfəqna-ya istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin Humanitar Məsələlər üzrə müavini Martin Qriffits bəyan edib.
O qeyd edib ki, İsrail ordusu həddindən artıq çox insanla dolmuş xəstəxanaları bombardman edir, evləri xarabalığa çevirib, Qəzzada isə heç bir yer təhlükəsiz sayılmır.
“7 oktyabrdan bəri (İsrail ordusu tərəfindən) Qəzzada törədilən qəddarlıq dayanmaq bilmir“, – deyə o bildirib.
Xatırladaq ki, İsrail ordusu tərəfindən Qəzzada 25 490 günahsız fələstinli qətlə yetirilib, 63 354 qəzzalı isə yaralanıb ki, həm öldürülənlərin, həm də xəsarət alanların mütləq əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.