Bir hədisdə belə oxuyuruq: "Hər bir riyakarlıq şirkdir". Allaha şərik qoşmanın dərəcələri vardır. Bəzən bütlərə, günəşə və aya sitayiş edənlər kimi açıq-aydın şəkildə təzahür edər, bəzən də o qədər incə olur ki, hətta insanlar bunu başa düşə bilmir.
Riyakarlıq insanların əməllərinə o qədər məkrli və gizli şəkildə nüfuz edir ki, insanlar çox vaxt öz əməllərində bu riyanı dərk edə bilmirlər.
Başqa bir hədisdə oxuyuruq: Şirk və onun aşkarlanması məsələsi o qədər həssasdır ki, gecə yarısı qara daş üzərində qarışqanın hərəkətini tanımaq kimidir. Ona görə də daimi ilahi yardım olmadan bundan xilas olmaq mümkün deyil.