IQNA

Seyid Əli Fəzlullah Vəhdət Konfransının ikinci günü deyib:

Siyasi fikir ayrılıqlarının məzhəb fərqliliklərini alovlandırmasına imkan verməyək

14:34 - October 03, 2023
Xəbər sayı: 3494823
TEHRAN (IQNA) – Beyrutun cümə imamı bir çox insanların siyasi ixtilafları məzhəb ixtilafları ilə qarışdırmağa çalışdıqlarını bildirib. O, bu barədə xəbərdarlıq edərək dedi: "Siyasi ixtilafların məzhəb ixtilaflarını qızışdırmasına icazə verməməliyik".

"İQNA", xəbər verir ki, Beyrutun Cümə imamı Seyid Əli Fəzlullah 37-ci İslami Vəhdət Konfransının ikinci günündə etdiyi çıxışda deyib: "Bir çox düşmənlər birliyi özləri üçün təhlükə kimi görürlər. Ona görə də onu təhrif etmək və müsəlmanlar arasında bu birliyin qarşısını almaq üçün əllərindən gələni edirlər".

O, Allah-Təalanın və Peyğəmbərin (s) müsəlmanlar arasında birlik yaratmağa çalışdıqlarını bildirərək buyurdu: "Müsəlmanlar birliyi öz həyatlarında önəmli hesab etməlidirlər".

Seyid Əli Fəzlullah ölkələrimiz arasında sülh və sabitlik axtardığımızı vurğuladı və qeyd etdi: "Müxtəlif görüşlər keçirməklə bir çox məsələləri araşdıracağıq. Ümid edirik ki, bu görüşlərdə müsəlmanlar arasında birliyi mıhkəəmləşdirə bilərik".

O, daha sonra müsəlmanlar arasında vəhdəti gücləndirmək üçün iki strategiyaya işarə edərək əlavə etdi: "Birinci strategiya müsəlmanlar arasında gərginliyi azaltmaq və vəhdət yolunu aça biləcək maneələri aradan qaldırmaqdır".

Beyrutun cümə imamı bir çox insanların siyasi ixtilafları məzhəb ixtilafları ilə qarışdırmağa çalışdıqlarını bildirib. O, bu barədə xəbərdarlıq edərək dedi: "Siyasi ixtilafların məzhəb ixtilaflarını qızışdırmasına icazə verməməliyik".

O, çıxışının başqa bir hissəsində bir-birinin müqəddəslərini və şəxsi ictihadlarını təhqir etməyin başqa məzhəblərin ardıcıllarını təhrik edə biləcəyinə işarə edərək, düşmənin sosial şəbəkələrdən müsəlmanlar arasında ixtilafları qızışdırmaq üçün istifadə etdiyini vurğulayıb.

Seyid Əli Fəzlullah keçmişdə atılan addımlara hörmətlə yanaşmalı olduğumuzu bildirdi və dedi: "Əgər düşmən müsəlmanlar arasında ixtilaf yaratmağa çalışarsa, bunun qarşısında durmaq və müsəlmanlar arasında vəhdət yaratmaq üçün birləşdirici addımlar ataraq kömək etmək alimlərin borcudur".

İslam ümmətinin şüurunu gücləndirmək və müzakirələri idarə etmək bu livanlı alimin diqqət çəkdiyi və əlavə etdiyi digər məsələlərdəndir. Dini məsələlərin düzgün başa düşülməsi və düzgün oxunması digər məzhəblərin ardıcıllarına qarşı yanlış zehniyyəti aradan qaldıra bilər.

4172635

captcha