IQNA

Avropa İttifaqı Şahçırağ ziyarətgahında törədilən terror aktını pisləyib

13:10 - August 16, 2023
Xəbər sayı: 3494608
BRÜSSEL (IQNA) - Avropa Birliyinin xarici siyasət sözçüsü sosial şəbəkələrdən birində mesaj yayımlayaraq Şirazda Şahçırağ ziyarətgahında törədilən terror aktını pisləyib və bu hadisə qurbanlarının ailələrinə başsağlığı verib.

"İQNA", xəbər verir ki, Avropa İttifaqının xarici siyasət üzrə sözçüsü Piter Stano ötən gün Şirazın Şahçırağ ziyarətgahında törədilən terror aktını pisləyib.

 

O, "X" sosial şəbəkəsində (keçmiş Twitter) mesajında ​​yazıb: "Avropa İttifaqı bazar günü Şirazda Şahçırağ ziyarətgahına edilən terror aktını qətiyyətlə pisləyir. Bu, günahsız vətəndaşların terrorçuların hədəfinə çevrilməsinin daha bir nümunəsidir. Avropa İttifaqı həlak olanların ailələrinə başsağlığı verir".

Bu, son bir ildə Şahçırağ ziyarətgahına edilən ikinci hücumdur. Ötən ilin noyabrında baş vermiş əvvəlki hadisədə 13 nəfər şəhid olmuşdu.

Bundan əvvəl Fransa Xarici İşlər Nazirliyi bəyanat yayaraq Şahçırağ ziyarətgahında törədilən terror aktını pisləyib.

İraq, Azərbaycan və Oman bu terror aktını pisləyən digər ölkələr sırasında olub.

4162560

captcha