IQNA

Quran məktəbi; “Tövbə” surəsində təfəkkür / 32

Peyğəmbərin (s) Rəqiqul-Qəlb (yumşaqürəkli) olması və ciddiliyi

20:19 - May 04, 2023
Xəbər sayı: 3494120
Mülayimlik və sərtlik (ciddilik) cəmiyyətin rəhbərinin hər ikisinə malik olmalı olduğu iki xüsusiyyətdir. Quran Peyğəmbərə (s) xitab edərkən bu iki xüsusiyyəti bizə tam mənasını çatdıran maraqlı bir şəkildə təqdim edir.

Tehran Universitetinin Quran və İtrət Tələbə Məktəbinin elmi heyətinin üzvü Hani Çitçianın “Tövbə” surəsində tədəbbür ilə bağlı mülahizələr silsiləsinin otuz ikincisi keçirilib. O, burada "Tövbə" surəsində Peyğəmbərə (s) edilən xitablar" haqqında danışıb. Onun mətnini aşağıda oxuya bilərsiniz:

Quran ayələri Peyğəmbərin (s) çox yumşaqürəkli olduğunu bildirir. Həmçinin ağıq şəkildə qeyd edir ki, əgər sən qızğın və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılardılar (Ali-İmran, 159). Digər tərəfdən, “Təhrim” surəsinin 9-cu ayəsində oxuyuruq: "Ya Peyğəmbər! Kafirlərə qarşı (qılıncla), münafiqlərə qarşı (sözlə) vuruş. Onlarla sərt rəftar et. Onların məskəni Cəhənnəmdir. Ora necə də pis sığınacaqdır!

Bu ayə Peyğəmbərin (s) sevgi və məhəbbətinin çox strateji və mühüm məsələ olduğunu və diqqətə ehtiyacı olduğunu göstərir. Bu ayə incə qəlbli Peyğəmbərə sərt olmağı əmr etmişdir. Bu iki ayə birlikdə göstərir ki, əgər Peyğəmbər sərtdirsə, bu onun qəlbində deyil, davranışındadır.

Əgər kimsə bu iki xüsusiyyəti birləşdirə bilmirsə, o, zalımlara qarşı mübarizənin rəhbəri ola bilməz. Bu ayədə nübüvvət məqamı var və mən möminlərin rəhbərliyini deyil, peyğəmbərlik rəhbərliyini nəzərdə tuturam.

“Tövbə” surəsinin digər ayələri də Həzrət Peyğəmbərə (s) ünvanlanmışdır. Birinci ayə surənin altıncı ayəsidir: "Əgər (basqına uğrayan) müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını (Quranı) dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə) onu əmin-amanlıq içərisində olacağı yerinə (müşriklərin yanına) çatdır. Çünki onlar (haqqı) bilməyən bir tayfadır!". Müşriklərin Allah kəlamını eşitmələri üçün şərait yaratmaq Peyğəmbərə (s) həvalə edilmişdir.

Sonrakı ayə 42-ci ayədir: "Əgər o (dəvət olunduqları yürüş), asan əldə edilən mənfəət (dünya malı, yaxud qənimət) və orta (mənzilli) bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin yorucu (məşəqqətli) məsafə (Təbuk səfəri) onlara uzaq gəldi. Bununla belə, onlar: “Əgər gücümüz çatsaydı, biz də sizinlə bərabər səfərə çıxardıq”, -deyə Allaha and içəcəklər. Onlar (yalandan Allaha and içməklə) özlərini həlak edirlər. Allah isə onların yalançı olduqlarını bilir”. Bu ayədə də Peyğəmbərə xitab olunur, lakin ona heç bir əmr verilmir.

Sonrakı ayə “Tövbə” surəsinin 51-ci ayəsidir ki, bu ayədə Peyğəmbərə (s) belə buyurulur: “        De: “Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!”. Biz ya qalib gələcəyik, ya da öldürüləcəyik, hər halda bizim xeyrimizədir və sənin üçün şərdən başqa bir şey yoxdur, ya Allah səni cəzalandıracaq, ya da bizim tərəfimizdən cəzalandırılacaqsan.

65-ci ayədə buyurulur: "(Ya Rəsulum!) Onlardan (Təbuk döyüşünə gedərkən səni lağa qoyan münafiqlərdən nə üçün belə etdiklərini) soruşsan: “Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)”, -deyə cavab verərlər. De: “Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?" Bu, münafiqlərlə qarşılaşmaq haqqındadır.

80-ci ayə: "(Ya Peyğəmbərim!) Onlar (o münafiqlər) üçün istər bağışlanma dilə, istər diləmə; onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, yenə Allah onları bağışlamayacaq. Bu onların Allahı və Onun Peyğəmbərini inkar etmələrinə görədir. Allah fasiq tayfanı doğru yola yönəltməz!". Peyğəmbər deyir, lakin o, qəzəbinin şiddətini göstərmək istədiyi üçün həmin insanlara müraciət edir, mən o qədər qəzəblənirəm ki, onunla danışmağa hazır deyiləm.

84_cü ayə: “Onlardan (münafiqlərdən) ölən heç bir kəsə heç vaxt namaz qılma, qəbrinin başında durma. Çünki onlar Allahı, Onun Peyğəmbərini dandılar və fasiq olaraq öldülər”. Söhbət döyüşə gəlməyənlərdən gedir.

4107903

captcha