IQNA

Quran məktəbi; “Tövbə” surəsində təfəkkür / 26

Allah Rəsulunun (s) cəmiyyətə rəhbərlikdəki məqamı

9:50 - February 22, 2023
Xəbər sayı: 3493737
“Tövbə” surəsindən bir ayədə müsəlmanlardan soruşulur ki, niyə sizin qəlbinizdə Allah Rəsuluna (s) məhəbbət alovlanmır və niyə başqa insanları Allah Rəsulundan daha əziz tutursunuz? Çünki Allah Rəsulunun hidayət etmə məqamı və cəmiyyətin rəhbəri olduğu üçün möminin qəlbində ondan əziz olmaq qeyri-mümkündür.

 Tehran Universitetinin Quran və İtrət Tələbə Məktəbinin elmi heyətinin üzvü Hani Çitçianın “Tövbə” surəsində tədəbbür ilə bağlı mülahizələr silsiləsinin iyirmi dördüncüsü keçirilib. O, burada “Cəmiyyətin birliyinin yüksəldilməsində Peyğəmbərin rolu” barədə danışıb. Onun mətnini aşağıda oxuya bilərsiniz: 

Burada sevimli İslam Peyğəmbərindən (s) və onun üçün cəmiyyətin rəhbəri kimi hansı rol və missiyanın müəyyən edildiyindən danışmaq istəyirik ki, qlobal yüksəliş üçün bu birlik reallaşsın. Biz surəni şəxsiyyəti tanımaq baxımından mütaliə edirik. Peyğəmbər (s) haqqında iki cür ayə vardır; Biri Allah Rəsulundan (s) bəhs edən ayələr, digəri isə Allah Rəsuluna (s) xitab edən ayələrdir.

Birinci qrup ayələr sizə və mənə Allah Rəsulunun (s) məqamını xatırladır. İkinci dəstə ayələr isə elə ayələrdir ki, siz və mən onları bilməli və əməllərimizdə onları əsas götürməliyik. Cəmiyyətin liderliyi dedikdə, rəhbərlik və cəmiyyətin liderliyini var edənlərin hamısı nəzərdə tutulur.

Birinci ayədə " Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə (onlarla olan əhdlərin pozulması, əlaqələrin kəsilməsi barədə) bir xəbərdarlıq!". Bəraət (nifrət göstərmə) elan edildikdə, bu işə bir nəfər təyin olunur, o da Allahın Rəsuludur.

Allah Rəsulunun (s) mövqeyi budur ki, uzaqlaşmaq istəməsi Allahın göstərdiyi uzaqlığa uyğundur. Bu, üçüncü ayədə belə davam edir: "Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü (zilhiccə ayında vacib, fərz olan həcc; qurban bayramı və ya Ərəfə günü) insanlara bir bildiriş! Allahın və Onun Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur. Əgər (küfrdən və şirkdən) tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər (imandan) üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. (Ey Peyğəmbərim!) Kafir olanları şiddətli bir əzabla müjdələ!".

Allah və Rəsul böyük həcc günü bu məsələni ciddi şəkildə bəyan etməli idi. Burada ayədə bir məna var ki, "Allahın və Onun Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur". Bu, Allahın özünə deyil, Allahın məqamına aiddir.

Yeddinci ayədə gəlib:

"Məscidülhəramın yanında (Hüdeybiyyədə) müqavilə bağladığınız kəslər (Bəni-Zəmirə və Kinanə qəbilələri) istisna olmaqla, müşriklərin Allah və Onun Peyğəmbəri yanında necə əhdi ola bilər?! Onlar sizinlə doğru-düzgün davrandıqca (əhdi pozmadıqca) siz də onlarla doğru-düzgün dolanın. Həqiqətən, Allah müttəqiləri (xəyanətdən, əhdi pozmaqdan çəkinənləri) sevər!". Müşrikin həqiqətdə, heç bir əhd-peymanı yoxdur.

On üçüncü ayədə buyurulur:

"(Ey möminlər!) Məgər siz andlarını (əhdlərini) pozan, Peyğəmbəri (öz yurdundan) çıxardıb qovmaq niyyətində olan, üstəlik sizinlə döyüşə də birinci başlayan bir tayfa ilə vuruşmayacaqsınız? Məgər onlardan qorxursunuz? Əgər (həqiqi) möminlərsinizsə, bilin ki, əslində qorxmalı olduğunuz məhz Allahdır!".

Bu ayədə sən nə üçün batil ilə mübarizədə süstsən, bu düşmənçiliyi əvvəldən onlar başlatmış, bu mübarizədə niyə bu qədər acizsən deyə danışır. Bu ayə göstərir ki, İslam ümməti öz Peyğəmbərinə o qədər şövq etməlidir ki, onu sakitləşdirmək mümkün deyil.

On altıncı ayədə buyurur: "Yoxsa elə güman edirsiniz ki, Allah içərinizdən cihad edənləri, Allahdan, Onun Peyğəmbərindən və möminlərdən başqasını özlərinə dost tutanları ayırd etməmiş siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır!".

Söhbət ondan gedir ki, niyə qəlbinizdə Allah Rəsuluna məhəbbət alovlanmır, niyə Allah Rəsulundan başqa insanları əziz tutursunuz? Möminin qəlbində Allah Rəsulundan əziz ola bilməz.

4106254

captcha