"İQNA"-nın Kuala Lumpura ezam olunmuş müxbirinin verdiyi məlumata əsasən, bu Quran tədbirində iştirak edərkən və İranın Malayziyadakı mədəni məsləhətçiliyinin köməyi ilə "İQNA", bu yarışma dövrünün iştirakçılarını 21 dilə nəşr etdiyi Quran məzmununun informasiya və istehsalı sahəsində əldə etdiyi bəzi nailiyyətlər barədə məlumatlandırmaq üçün əlverişli fürsət tapdı.
Bu arada, Beynəlxalq Quran Xəbər Agentliyinin (İQNA) təqdimatı ilə müsabiqə iştirakçıları və istedadlı qarilər və Quran proqramları ilə maraqlanan vətəndaşlar İran İslam Cümhuriyyətinin Qurani-Kərim fəaliyyətlərinə diqqətinin miqyasından daha çox xəbər tutdular. Bu Quran mediasının xəbərlərini Malay dili də daxil olmaqla 21 dildə dərc etməsi tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.
4094267