IQNA

Almaniya məscidlərdə azanın yayımlanmasına razılıq verib

19:41 - October 15, 2022
Xəbər sayı: 3493084
Almaniyanın Köln şəhərində İslam təşkilatlarının iki illik səylərindən sonra bu şəhərin səlahiyyətliləri iki il müddətinə Köln məscidlərində azan səslənməsinə razılıq veriblər.

"İQNA", "TRT"-yə istinadən xəbər verir ki, Almaniyanın Köln şəhərindəki Türk İslam Dini İşlər Birliyinin səyləri ilə bu şəhərin səlahiyyətliləri iki il müddətində Köln məscidlərindən, o cümlədən bu şəhərin mərkəzi məscidindən cümə günləri azan səslənməsinə razılıq veriblər. Bu məscid Almaniyanın ən böyük məscidi hesab olunur.

Kölndəki 35 məscidin hamısına cümə günləri günortadan 15:00-a qədər səsgücləndiricilər vasitəsilə beş dəqiqəlik azan oxumağa icazə veriləcək.

Qonşuları narahat etməmək və 100 metr məsafədə səsin şiddətini 60 desibeldən keçməmək Köln məscidlərinin azan verilərkən riayət etməli olduğu şərtlərdir.

Köln meri bu addımı hörmət əlaməti kimi qiymətləndirib.

4091902

captcha