Nəcəfdə tədqiqatçı və elmi hövzəsinin ustadı Seyyid Məhəmməd Əli Bəhrul-Ulum "İQNA"-ya müsahibəsində deyib: "Dünyanın hər yerində, xüsusən də yaşadığımız bölgədə, yəni ərəb və islam ölkələrinin də daxil olduğu Yaxın Şərqdə müsəlmanlar son əsrlərdə ciddi zəifliyə məruz qalıblar. Dinin əsas qaynaqlarından istifadə edilməməsi müsəlmanların geri qalmasına və tərəqqinin olmamasına səbəb olmuşdur. İslam ölkələri və xalqları arasında baş verən münaqişələr onları zəiflədib".
O, bildirib ki, əslində dinlər arasında yaxınlaşmaya necə baxdığımızı görməliyik. 100 il qabaq əsas problem məzhəblər, xüsusən də İmamiyyə haqqında məlumatsızlıq idi. Yəni, Əhli-sünnə və digər məzhəb alimləri İmamiyyə məzhəbinin bir çox əsaslarından xəbərsiz idilər. Buna görə də 1950-ci illərdən başlayaraq şiə alimləri şiə əsərlərini geniş çap etdirməyə başladılar.
Elmi hövzənin bu ustadı vurğuladı: "Bu gün bizə lazım olan İslam məzhəbləri arasında sülh şəraitində birgə yaşayış yaratmaqdır. Hər bir məzhəbin özünəməxsus fiqh və teoloji prinsipləri və şəriət hökmləri vardır. Bəzi insanların düşündüyü kimi yaxınlaşma mümkün deyil və dinlər arasında dinc yanaşı yaşamaq lazımdır. Birgə yaşamaq qarşı tərəfi qəbul etmək, dialoq kanalları açmaq, qarşı tərəfin düşüncələrini və istəklərini qəbul etməkdir. Həmçinin təkfir edib öldürməmək deməkdir, bizə lazım olan budur ki, bu məzhəblər daha yaxşı həyat və gələcək üçün birlikdə çalışsınlar".
Bəhr əl-Ulum sonda dedi: "Milyonların böyük Ərbəin yürüşü İmam Hüseynin (ə) həyat və üsullarını dünyaya tanıtdıra bilər. Fikrimcə, İmam Hüseynin (ə) hərəkatı bəşəriyyət üçün şəraitin yaxşılaşdırılması istiqamətində dəyişikliklərə zəmin yaratmaq qabiliyyətinə malikdir".
4090784