"İQNA", İraqdan xəbər verir ki, bu mərasim hicri ilin son günlərində və Məhərrəm ərəfəsində keçirilib. Burada Astan Hüseyninin Qurani-Kərimin Təbliğ Mərkəzinin daxili və beynəlxalq yarışlarda yer qazanmış bir qrup istedadlı Quran hafizi və qarisi mükafatlandırılıb.
Astan Hüseyninin Beynəlxalq Quran Təbliğ Mərkəzinin direktoru Müntəzir Əl-Mənsuri deyib: "Bu tədbir Astan Hüseyni administrasiyasının Quran proqramlarını dəstəkləmək, qari və hafizləri həvəsləndirmək məqsədi ilə keçirilib. Bununla da daxili və beynəlxalq uğurlarla dolu olan hicri ilini başa vurduq".
4073678