IQNA

Ramazan bəndəlik üçün qiymətli bir fürsətdir

11:05 - April 26, 2022
Xəbər sayı: 3492134
Seyyid Məhəmməd Rza Mürtəzəvi Ramazan ayı ilə bağlı qeydində belə deyir: "Şübhəsiz ki, mübarək Ramazan ayı Allah-Təala ilə ibadət və münacat etmək üçün fürsət yaradır və bu, möminlərin qəlbində ümid və aramlığı canlandırır."

İQNA, xəbər verir ki, İranın Livandakı mədəniyyət attaşesi Seyyid Məhəmməd Rza Mürtəzəvi Ramazan ayı münasibəti ilə yazdığı "Ramazan, haqq yolu və bəndəlik yolu ilə gedənlər üçün qiymətli fürsətdir" adlı yazısında deyib: "Ruhul-bəyyan" təfsirində Həzrət Musadan (ə) belə bir rəvayət nəql olunmuşdur ki, o, dualarda Uca Allahdan soruşur: "Birini mənim qədər əzizlədinmi - sözünü mənə çatdırdın! -? Uca Allah buyurdu: "Ey Musa, mən axırəzzamandakı bəndələrimi Ramazan ayında əzizləyərəm və onlara səndən də yaxınam! Çünki mən səninlə yetmiş min maniənin arxasından danışdım! Amma Məhəmmədin (s) ümməti Ramazan ayında oruc tutanda, dodaqları ağardıqda, üzləri saraldıqda iftarda o maniələri götürərəm! Ey Musa, nə bəxtiyardır o kəs ki, ciyərini susuz, qarnını ac saxlayar! Onu görüşümə  nail etməyincə ona mükafat vermərəm. Oruc tutanın ağzının qoxusu mənim üçün müşk qoxusundan daha ətirlidir. Hər kim Ramazan ayında bir gün oruc tutarsa, mən ona görmədiyi, eşitmədiyi və ağlına belə gətirmədiyi şeyləri (Cənnəti) verərəm". Musa (ə) dedi: "İlahi, Ramazan ayında Muhəmmədin (s) ümmətini əzizlədiyin kimi, məni də əzizlə." Uca Allah buyurdu: "Bu, ancaq Məhəmmədin (s) ümmətinə aiddir."

Şübhəsiz ki, mübarək Ramazan ayı Allah-Təala ilə ibadət və münacat etmək üçün fürsət yaradır və bu, möminlərin qəlbində ümid və aramlığı canlandırır.

Mübarək Ramazan ayı rəhmət və bərəkət ayıdır. Uca Allah bu ayda Öz aramlığını həqiqi möminlərə nazil edər. Onlara saysız-hesabsız nemətlər, o cümlədən sağlamlıq, iradə özünəinam və ruhunu paklaşdırmaq əta edər.

Ramazan ayı Allaha ibadət və bəndəlik ayıdır. Allaha yaxınlaşma ayıdır. Odur ki, oruc tutmaq, namaz qılmaq, Qədr gecəsini əhya saxlamaq, haqq, iman və Allaha bəndəlik yolunu tutanlar üçün qiymətli fürsətdir.

4052469

captcha