IQNA

Quran sahəsində əməkdaşlığın gücləndirilməsi

16:08 - November 18, 2021
Xəbər sayı: 3491219
Müqəddəs Hüseyni Astanının nümayəndə heyəti, Elmi Hövzələrlə əməkdaşlığı gücləndirmək məqsədilə Nəcəf Əşrəfdə Hövzənin bəzi şəxsiyyətləri ilə görüşüb.

İQNA, "Qaf" Quran Xəbər Agentliyinə istinadən xəbər verir ki, Elmi Hövzələrdə və dini məktəblərdə Quran hərəkatını aktivləşdirmək üçün İmam Hüseynin (ə) hərəminin Darul-Quranından nümayəndə heyəti, Nəcəf Əşrəfin bəzi ağsaqqalları və din xadimləri ilə görüşüblər. O cümlədən "Darul-Quran"ın rəhbəri Şeyx Xeyrəddin əl-Hadi və onun müavini Seyyid Mürtəza Cəmaləddin də bu görüşdə iştirak edib.

Müqəddəs Hüseyni Astanının Darul-Quranın Quran informasiya bölümünün rəhbəri Səfa Əl-Silavi deyib: "Bu görüşdə Nəcəf Əşrəf Elmi Hövzəsinin alimləri, Hüseyni Astanının Darul-Quranın Quran fəaliyyətini, eləcə də bu sahədə Elmi Hövzə mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndiriblər. Həmçinin bu sahədə iki tərəfli əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.

4013967

captcha