IQNA

Beş illik müharibədə 45 insan həyatını itirib

17:31 - June 15, 2020
Xəbər sayı: 3487406
İnsan Hüquqları və İnkişaf Mərkəzinin hesabatına görə 1900 günlük Yəmən müharibəsi ərəfəsində 43 min yəmənli həyatını itirib və ya yaralanıb. Həmçinin   582 mindən çox ev dağılıb viran edilib.

İslaminSesi.info Almasirah-a istinadən xəbər verir ki, “Aynul-insaniyyə” İnsan Hüquqları və İnkişaf Mərkəzinin hesabatına görə 1900 günlük Yəmən müharibəsi ərəfəsində 43 min yəmənli həyatını itirib və ya yaralanıb. Həmçinin   582 mindən çox ev dağılıb viran edilib.

Həmçinin hesabatda bildirilir ki, Səudiyyə Ərəbistanının ABŞ-ın dəstəyi ilə Yəmənə etdiyi hərbi təcavüzdə 16 min 672 mülki şəxs həyatını itirib, onlardan 3 min 742-si uşaq, 2min 364-ü qadındır. O cümlədən bu dövr ərzində 26 079 mülki şəxs yaralanıb, onlardan 3992 nəfəri uşaq, 2742 nəfəri qadındır.

Mərkəzin hesabatına görə təcavüzkar koalisiyanın 1900 günlük hava, quru və dəniz hücumları zamanı 573 102 xidmət mərkəzi, o cümlədən 562 687 yaşayış evi, 1 855 məktəb, 387 xəstəxana və sağlamlıq mərkəzi, 175 universitet və ali təhsil mərkəzi, 632 kənd təsərrüfatı sahəsi, 1 355 məscid, 47 media mərkəzi, 242 tarixi məkan və 361 turizm mərkəzi hədəf alınıb.

Mərkəz həmçinin öz hesabatında 100 000-ə yaxın insanın öz yurdundan didərgin düşdüyünü, ölkə infrastrukturunun məhv edildiyini bildirib.

Qeyd edək ki, sabir prezident Mansur Hadinin etirazlar nəticəsində istefasından sonra Səudiyyə və koalisiyası onun ölkədə legitimliyini bərpa etmək üçün 2015-ci ilin martından Yəmən xalqına qarşı silahlı təcavüz edir. BƏƏ isə ölkəni parçalayaraq cənubda paytaxt Ədən olmaqla müstəqil dövlət yaratmaq istəyir.

 
captcha