IQNA

Həzrət İsa Məsih və Məryəm tablosunun sərgisi – Foto

8:03 - March 12, 2018
Xəbər sayı: 3482890
Həzrət Zəhranın (s) viladət bayramı münasibəti ilə Filippində “İran və Filippinin intelleuktual qadınlar birliyi” öz ikinci iclasını keçirib.

Həzrət İsa Məsih və Məryəm tablosunun sərgisi – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Filippindəki Mədəniyyət İşlər İdaərsinin informasiya şöbəsinə istinadla verdiyi xəbərə görə, Həzrət Zəhranın (s) viladət bayramı münasibəti ilə Filippində “İran və Filippinin intelleuktual qadınlar birliyi” öz ikinci iclasını keçirib.

Manildə keçirilən iclasın haşiyəsində Həzrət İsa Məsihin və Həzrət Məryəmin (s) tablosunun sərgi mərasimi də təşkil edilib.

Filippinin Manil şəhərində “qadın, ictimai aktivlik və ümumdünya vətəndaşı” adı ilə keçirilən toplantının haşiyəsində təşkil edilmiş sərgidə iranlı xanım incənəstçilərin əsərləri nümayiş olunub.

İclasın haşiyəsində İran İslam Respublikasının İslami Əlaqələr və Mədəniyyət Təşkilatının iranlıların mədəniyyət işləri baş idarəsinin təşəbbüsü ilə Manilə ezam edilən incəsənətçi xanımların əsərləri sərgilənib.

Bu mərasimdə “İran və Filippinin intelleuktual qadınlar birliyi”nin üzvləri, İranın Filippindəki səfiri Məhəmməd Tənhayi, Manildəki Mədəniyyət Əlaqələri İdarəsinin məsulu Məhəmməd Cəfəriməlik, Filippin prezidentinin müşaviri xanım Bələmuntə, Filippinin “Fukulare” cəmiyyətinin rəisi xanım Abaya və digər mühüm şəxsiyyətlər iştirak ediblər.

Sərgidə iranlı incəsənətçilərin minyatür, rəssamlıq, xəttatlıq, hüsnxətt, süfalçılıq (saxsı, dulusçuluq), heykəltaraşlıq və xalçaçılıq kimi əsərləri nümayiş edildir və iştirakçılar tərəfindən maraqla qarşılandı.

http://iqna.ir/fa/news/3698722  

نمایش تابلوی حضرت مریم و مسیح در فیلیپین+عکس

نمایش تابلوی حضرت مریم و مسیح در فیلیپین+عکس

captcha