IQNA

YUNESKO işğal olunmuş Qüds barədə son qərarını verdi

9:09 - October 19, 2016
Xəbər sayı: 3480902
Terhan, 19.10.2016 – Bundan öncə oktyabrın 13-də Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət üzrə icraiyyə komitəsi (YUNESKO), Misir və Fələstin Muxtariyyətinin səsverməyə çıxardığı qətnaməni qəbul etmişdi.

YUNESKO işğal olunmuş Qüds barədə son qərarını verdi

58 ölkədən 24-ü qətnamənin lehinə , 6 ölkə əleyhinə səs verib, 26 ölkə bitərəf qalmışdı.İsrailin xeyrinə səs vermiş altı ölkə ABŞ, Böyük Britaniya, Litva, Hollandiya, Estoniya və Almaniya olub. Sənədin layihəsində İslamın Qüds və Məbəd dağı ilə xüsusi əlaqəsinin olduğu təsdiqlənmiş, bu müqəddəs yerlərlə yəhudilərin hüquqları haqqında sənəddə heç nə deyilməmişdi.

Bundan sonraSionist İsrail rejimin təhsil naziri, həmçinin, İsrailin YUNESKO ilə əlaqələr üzrə milli komissiyasına rəhbərlik edən Naftali Bennet, İsrailin YUNESKOilə əməkdaşlığın dayandırılması haqqında bildirmişdi.

captcha