IQNA

İŞİD-dən qadın və uşaqların öldürülə biləcəyinə dair fitva

12:07 - October 05, 2016
Xəbər sayı: 3480868
Terhan, 05.10.2016 – İŞİD türk və ingilis dili başda olmaqla 8 dildə nəşr etdirdiyi "Rumiyah" adlı jurnalda qadın və uşaqların öldürülməsi üçün fitva dərc edib.

İŞİD-dən qadın və uşaqların öldürülə biləcəyinə dair fitva

Kimyəvi silah istifadə etmə siqnalı verən İŞİD üzvlərinə müraciət edərək, "Rəbbinizin əmrinin tələbi olaraq müşrikləri, tağutları, əsgərlərini, polis işçilərini və bütün havadarlarını gördüyünüz yerdə öldürün", - deyə bildirib. İŞİD bu aykı "Rumiyah" jurnalında hücuma çağırıb. Jurnalda müharibədə qadın və uşaqların hansı hallarda öldürülməsi barədə fitva verən İŞİD bu açıqlamanı verib:

"Bu sayımızda yenə çox müzakirə olunan və verilən suallardan biri olan müharibədə qadın və uşaqların öldürülməsinin İslamdakı yerinə toxunduq. Belə ki, İslam dövlətinin kafirlərin ölkələrində həyata keçirdiyi istişhadi və digər əməliyyatlarında bəzən qadın və uşaqlar da ölür. Bunun caiz olmadığını iddia edənlərə bu məsələnin İslamdakı yerini izah etməyə cəhd etdik. Belə ki, müharibədə ümumi mənada qadın və uşaqların öldürülməsinin caiz olmadığını, lakin gecə basqınları, mancanaq atəşləri, canlı qalxan kimi istifadə edilmələri və bənzər hallarda bunların birbaşa hədəf alınmadan öldürülməsinin caiz olduğunu, sünnət və İslam alimlərindən dəlillər gətirərək bəyan etdik. Beləliklə, uşaq və qadınların ölümünə səbəb olacaqsa da belə tank, top, minaatan, raket və digər inkişaf etmiş silahlarla kafirlərə hücum etmək caizdir".

Mənbə: eastnews

Teqlər: İŞİd ، qadın ، uşaq ، fitva ، quran ، iqna ، İkna
captcha