IQNA

24 Zil-Hiccə;

Qurandan götürülmüş üç tarixi hadisə

7:56 - September 27, 2016
Xəbər sayı: 3480839
Terhan, 27.09.2016 – Mübarək Zil-Hiccə ayının 24- cü günü Quran- Kərimdə qeyd edilmiş üç tarixi və əlamətdar hadisənin baş verdiyi zamandır.

İQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Vyanının İmam Əli (ə) adına İslam Mərkəzinin teleqram kanalına istinadla verdiyi xəbərə görə, mübarək Zil-Hiccə ayının 24- cü günü Quran- Kərimdə qeyd edilmiş üç tarixi və əlamətdar hadisənin baş verdiyi zamandır.

Bu münasibətlərdən biri mübarək Mübahələ günüdür. Belə ki, Həzrət İslam Peyğəmbəri (s) Zil- Hiccə ayının 24- də öz nübüvvət və peyğəmbərliyinin və həmçinin İslam dininin haqq din olduğunu isbat etmək üçün Nəcrandan gəlmiş məsihi alimləri ilə MÜBAHƏLƏ mərasiminə çıxdı. O Həzrət (s) bu mərasimə qızı Fatimə, kürəkəni İmam Əli, övladları Həsən və Hüseyni (ə) apardı. Öz əzizləri ilə mübahələyə çıxan Peyğəmbəri (s) görən nəsranilər nifrinləşmə mərasiminə çıxmaqdan qorxdular.

Bu hadisə barədə Quran- Kərimin Ali- İmran surəsinin 61- ci ayəsi nazil oldu.

فَمَنْ حَآجَّكَ فِیهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَ أَبْنَاءكُمْ وَ نِسَاءنَا وَ نِسَاءكُمْ وَ أَنفُسَنَا و أَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِینَ

Məşhur "Kəsa" hadisəsi də ki, həm hədisi vardır və həm də Təthir ayəsi (Əhzab/33) bu barədə nazil olmuşdur, mübarək Zil- Hiccə ayının 24-də baş vermişdir. Necə ki, Kəsa hədisinin aşağıda göstərilən hissəsində oxuyuruq:

وَقَرْنَ فِی بُیوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِیةِ الْأُولَى وَأَقِمْنَ الصَّلَاةَ وَآتِینَ الزَّكَاةَ وَأَطِعْنَ اللَّهَ وَرَسُولَهُ إِنَّمَا یرِیدُ اللَّهُ لِیذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَیتِ وَیطَهِّرَكُمْ تَطْهِیرًا

Zil- Hiccə ayının digər bir əlamət günü və hadisəsi ki, Quran- Kərimdə qeyd olunub və hadisə yenə də bu ayın 24-də baş verib, Həzrət İmam Əlinin (ə) rüku halında dilənçiyə sədəqə və zəkat verməsidir. İmam Əli (ə) belə bir gündə rüku halında ikən barmağındakı üzüyü sail və dilənçiyi verir və bununla bağlı Maidə surəsinin 55-ci ayəsi nazil olur.

إِنَّما وَلِیکُمُ اللَّهُ وَ رَسُولُهُ وَ الَّذینَ آمَنُوا الَّذینَ یقیمُونَ الصَّلاةَ وَ یؤْتُونَ الزَّکاةَ وَ هُمْ راکِعُونَ

Get ey miskin dilənçi, Əli qapısın gətir sədaya

Kərəmindən verər o, şahlıq üzüyün binəvaya

http://iqna.ir/fa/news/3533070


captcha