IQNA

İsa Məsihin təvəllüdü; İlahi qüdrətdə yeni bir fəsl idi

23:41 - December 27, 2014
Xəbər sayı: 2638307
İctimai qrup: Allah-Taala İsa Məsihin (ə) dünyaya gəlişi ilə Öz hədsiz qüdrətinin yeni bir fəslini açdı və yaradılış sistemində yeni bir imza atdı.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi məlumata görə “İsa” sözü “yəsu`” (یسوع) maddəsindən götürülüb və mənası “xilasedici” və “nicatverici” deməkdir. “Məsih” sözü isə “məsh edən”, “məsh edilmiş” – (Cəbrayıl qanadlarını anadan olarkən onun üzünə çəkmişdi ki, şeytanın şərrindən amanda qalsın) və “mübarək” mənasınadır. Çünki Allahın izni ilə hər xəstəyə ki, əlini sürtürdü o xəstə şəfa tapırdı. Bəziləri də “məsih” sözünün ismət və paklıqla əlaqəli olduğunu bildirmiş və bu cəhətdən onu İsa Məsih, yəni mübarək nicatverici və xilasedici adlandırmışlar.



İsa peyğəmbərin (s) mübarək adı Quran-Kərimin müxtəlif surələrində 25 dəfə keçmişdir. O cümlədən Bəqərə, Al-İmran, Ənam, Tövbə, Məryəm, Möminun, Əhzab, Şura və s...



Məsih sözü isə Quran-Kərimdə Həzrət İsaya (ə) aid edilərək 11 dəfə işlədilmişdir.



Ümumilikdə Həzrət İsa (ə) barəsində Quran-Kərim 15 surə və 93 ayədə söz açmış və O həzrəti böyük peyğəmbərlərdən hesab etmiş, ibrətli dastanını İslam ümmət üçün heykayət etmişdir.



İsa (ə) Quran-Kərimdə “İsa bin Məryəm” olaraq 16 dəfə, “İbn Məryəm” olaraq 17 dəfə və “Məsih” olaraq 11 dəfə yad edilmişdir. 



Quranın dediyinə görə Həzrət İsa (ə) kəramətli və əzəmətli peyğəmbərlərdən biridir, Quran ona “ruhul-qüds” (müqəddəs ruh) ilə təyid və təsdiq olumuş ləqəbini vermişdir.



İsa (ə) milad tarixi ilə dekabr ayının 25-də Fələstinin “Beyt-Ləhm” adlanan regionunda, Məhəmməd (ə) peyğəmbərin hicrətindən (Məkkədən Mədinəyə köçməsindən) 622 il öncə anadan olmuşdur.



Həzrət İsa (ə) və anası Məryəm (s) Quran baxımından



قالَ رَبُّکِ هُوَ عَلَیَّ هَیِّنٌ وَ لِنَجْعَلَهُ آیَةً لِلنّاسِ... وَ رَحْمَةً مِنّا... وَ کانَ أَمْرًا مَقْضِیًّا... قالَ إِنّی عَبْدُ اللّهِ  ... آتانِیَ الْکِتابَ... وَ جَعَلَنی نَبِیًّا... وَ جَعَلَنی مُبارَکًا ... وَ بَرًّا بِوالِدَتی وَ لَمْ یَجْعَلْنی جَبّارًا شَقِیًّا ... ذلِکَ عیسَى ابْنُ مَرْیَمَ قَوْلَ الْحَقِّ الَّذی فیهِ یَمْتَرُونَ ... إِذْ قالَتِ الْمَلائِکَةُ یا مَرْیَمُ إِنَّ اللّهَ یُبَشِّرُکِ بِکَلِمَةٍ مِنْهُ ... اسْمُهُ الْمَسیحُ عیسَى ابْنُ مَرْیَمَ...... وَجیهًا فِی الدُّنْیا وَ اْلآخِرَةِ... وَ مِنَ الْمُقَرَّبینَ ... وَ یُکَلِّمُ النّاسَفِی الْمَهْدِ ... وَ مِنَ الصّالِحینَ ... وَیُعَلِّمُهُ الْکِتابَ وَ الْحِکْمَةَ وَ التَّوْراةَ وَ اْلإِنْجیلَ ... وَ رَسُولاً إِلى بَنی إِسْرائیلَ أَنّی قَدْ جِئْتُکُمْ بِآیَةٍ مِنْ رَبِّکُمْ... أَنّی أَخْلُقُ لَکُمْ مِنَ الطِّینِ کَهَیْئَةِ الطَّیْرِ فَأَنْفُخُ فیهِ فَیَکُونُ طَیْرًابِإِذْنِ اللّهِ وَ أُبْرِىُ اْلأَکْمَهَ وَ اْلأَبْرَصَ وَ أُحْیِ الْمَوْتى بِإِذْنِ اللّهِ وَ أُنَبِّئُکُمْ بِما تَأْکُلُونَ وَ ما تَدَّخِرُونَ فی بُیُوتِکُمْ إِنَّ فی ذلِکَ لآیَةً لَکُمْ إِنْ کُنْتُمْ مُؤْمِنینَ ... وَ مُصَدِّقًا لِما بَیْنَ یَدَیَّ مِنَ التَّوْرات.... وءاتَینـهُ الاِنجیلَ فیهِ هُدی ونورٌ...(مائده/46).



Allah-Taala Həzrət Məryəmə buyurdu ki, bu mövludu (İsanı) insanlara hidayət çırağı və İlahi rəhmət olaraq sənə verirəm.



Həzrət İsa (ə) beşikdə ikən insanlara dedi: “Mən Allahın bəndəsiyəm, mənə kitab əta olunub (şəriət verilib) və Allah məni peyğəmbər olaraq seçib... Mənim mövludumu mübarək edib... Mənə anama yaxşılıq etməyi əmr edib”.



Həzrət Məryəm (s) dünya qadınları arasında ən üstün və fəzilətli qadınlardan sayılır. Yeganə qadındır ki, Quran-Kərimdə onun adına surə vardır. Quran-Kərim 12 surədə və 34 ayədə Həzrət Məryəmin (s) adını çəkmişdir. Qadınlarla bağlı Quranda gələn ən çox işlədilən söz “Məryəm”dir. Quran o xanımı “siddiqə” (doğru danışan) adlandırır və Ali-İmran surəsində onun mələklərlə əlaqədə olduğuna işarə edir. Buna görə hədislərdə bu xanıma “mühəddisə”də deyilir. Həzrət Məryəm gecələr ibadət edər və gündüzlər oruc tutardı.



Həzrət İsanın (ə) həyatı anadan olduğu andan qeybə çəkildiyi saata qədər möcüzə və kəramətlərlə doludur. Həzrət Məsih insanlara sülh, dostluq, zülmlə mübarizə və ədalətin bərpasını ərməğan etdi.



Hədislərə əsasəndə zamanın sonunda və Həzrət Mehdinin (ə) zühurundan öncə Həzrət İsa Məsih də zühur edəcək və İmam Mehdiyə iqtida edərək namaz qılacaqdır.



İsa peyğəmbərin (s) anadan olması möcüzə ilə olsa da O həzrət 30 yaşında ikən peyğəmbərliyə seçildi. Yəhudilər özləri onun gəlişindən xəbər versələr də peyğəmbərliyini qəbul etmədilər və onu öldürməyi qərara aldılar. Amma Allah-Taala həzrət İsanı (ə) göylərə çəkdi, yəhudilər isə onun oxşarını çarmıxa çəkdilər.



2626689

Teqlər: iqna ، məsih ، isa ، milad ، məryəm
captcha