"İQNA", "Əl-Rəy" saytına istinadən xəbər verir ki, bu yarış cümə günü “Quran bizi bir araya gətirir” şüarı ilə keçirilib.
Bu müsabiqədə Küveytin hər yerindən 143 ailə iştirak edib. Ailələr Quran hifzi və qiraəti də daxil olmaqla beş kateqoriya üzrə yarışıblar.
Quran tədbirində hər ailədən üç nəfər, ən azı valideynlərdən biri iştirak edib.
Təşkilat komitəsinin rəsmisi Yusif Əs-Səmiinin sözlərinə görə, müsabiqə ailələr arasında Qurani-Kərim sevgisini təbliğ etmək məqsədi daşıyır.
Səmii deyib ki, hazırda uşaqlar vaxtlarının çoxunu sosial mediada keçirir və ailə üzvlərini bir araya gətirən şey Quran sevgisidir.
O, həmçinin əlavə edib ki, bu müsabiqə Ramazan ayında küveytli ailələri bir araya gətirmək üçün təşkil olunub.
4206815