IQNA

Əqidə prinsipləri; Nübüvvət / 3

Nübüvvətə inanmamaq Allahı tanımamağın əlamətidir

11:21 - November 28, 2022
Xəbər sayı: 3493327
Bəzi insanlar Allaha iman gətirməkdən danışır, lakin onlar bu əqidəyə sahibdirlər ki, Allahı tanımaq və ona iman gətirmək yolunda Allahın mesajını çatdırmaq üçün peyğəmbərə və vasitəçiyə ehtiyac yoxdur. Amma Quran bu insanları Allah və Onun sifətləri haqqında tam mərifətə malik olmayan insanlar kimi təsvir edir.

İnsan yer üzündə Allahın canişini, məxluqların üstün olanı və seçən və iradə sahibi olan yeganə məxluqdur. Necə qəbul edə bilərik ki, yol və yol göstərən olmadan bir məxluq varlıq aləmində heyrət içində qalsın və öz halına buraxılsın? Onun düzgün hərəkət etməsi üçün heç bir plan və proqram çəkilmiş olmasın və heç bir rəhbər onu hidayət etməsin? Bu azğın baxış allahşünaslıqla uyğun gəlirmi!?

Qurani-Kərim buyurur: “Onlar, “Allah heç bir bəşərə bir şey (Quran) nazil etməmişdir” deməklə Allahın əzəmətini lazım olduğu kimi dərk etmədilər” (Ənam, 91).

Doğrudan da, necə ola bilər ki, hikmət sahibi olan Allah bütün məxluqatı insan üçün yaratsın, amma onu plansız buraxsın. Bu hikmətə zidd deyilmi? Əgər kimsə belə düşünürsə, Allahı düzgün tanımamışdır.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "İslamın Əqidə prinsipləri (nübüvvət)" kitabından götürülmüşdür.
captcha