IQNA

Dünya çempionatının keçirildiyi stadionun açılış mərasimində qətərli gənc qari qiraət edib

16:25 - November 20, 2022
Xəbər sayı: 3493289
Qətərin Dünya çempionatı stadionlarından birinin açılış mərasimi bu ölkənin bir qrup qiraət edən uşaqlarının Qətərin Quran məktəblərinin mənzərəsini simvolik olaraq xatırladan Quran proqramının ifası ilə başlayıb.

"İQNA", xəbər verir ki, İslam ölkəsi və Yaxın Şərqdə dünya çempionatına ilk ev sahibliyi edən Qətər bu yarışların keçirilməsi üçün çoxlu sərmayə qoyub.

Bu sərmayələrdən biri də bu ölkənin mədəniyyətini tanıtmaq və eyni zamanda bu yarışların ziyarətçilərinə İslamı tanıtmaq səyləridir.

Bu yarışların təşkilatçılarının işlərindən biri də Quran proqramı keçirməklə bu yarışlara ev sahibliyi edəcək stadionlardan birini açmaqdır. Onun videosu kiberməkanda diqqət çəkib.

Bu proqramda bir qrup qətərli qari uşaq şeyx adlanan qocaman müəllimin hüzurunda məktəb üslubunda Quran öyrənir. Quran öyrənənlərdən biri mübarək "Ər-Rəhman" surəsindən ayələri oxuyaraq dərsini şeyxə təqdim edir.

Qətər həmçinin futbolsevərlərə İslamı tanıtmaq üçün Doha küçələrində həm ingilis, həm də ərəb dillərində Peyğəmbərin (s) hədisləri ilə bəzədilmiş divar rəsmləri quraşdırıb.

kod

4100711

captcha