IQNA

Qərbdə islamofobiya davam edir

17:28 - September 29, 2022
Xəbər sayı: 3492998
Xəbər mənbələri Fransa hakimiyyətinin bu ölkənin şimalında yerləşən "Bas-Rhin" bölgəsindəki "Obernay" məscidini bağlamaq qərarını açıqlayıb.

"İQNA", "trtarabi.com"-a istinadən xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyi bu ölkənin şimalındakı “Bas-Rhin” bölgəsindəki “Obernay” məscidinin imamını ekstremizmdə ittiham edib və bu məscidin tezliklə bağlanacağını açıqlayıb.

“BFM” kanalının və Fransanın “Fiqaro” qəzetinin xəbərinə görə, Fransa Daxili İşlər Nazirliyi bu məscidin bağlanması ilə bağlı tədbirlərə sentyabrın 28-də çərşənbə günü axşam saatlarında başlamaq barədə əmr verib.

Fransanın daxili işlər naziri Jerard Dramanin, tweet-də yazıb: "Son iki ildə biz 23 məscidi separatçı fəaliyyətlə əlaqəsi şübhəsi ilə bağlamışıq".

O əlavə edib: "Məscidlərin bağlanması əməliyyatı Emmanuel Makronun separatçı fəaliyyətlərə qarşı mübarizə tələbindən sonra həyata keçirilib".

4088599

captcha