"İQNA", "Əl-Qüds əl-Ərəbi"-yə istinadən xəbər verir ki, Dünya Müsəlman Alimləri Birliyinin keçmiş rəhbəri Şeyx Yusif Əl- Qərzavi bu bazar ertəsi, 26 sentyabr 96 yaşında vəfat edib.
Bu barədə Dünya Müsəlman Alimlər Birliyinin Twitter hesabında məlumat verilib: "İslamın hökmlərini izah etmək və ümməti müdafiə etmək yolunda canını fəda edən Şeyx Yusif əl- Qərzavi Allahın rəhmətinə qovuşdu".
Onun “Əl-Cəzirə” telekanalında yayımlanan “Şəriət və Həyat” proqramının dünya üzrə 40-60 milyon izləyicisi olduğu bildirilir. Əl- Qərzavi 120-dən çox kitab nəşr etdirib. O, həmçinin dini elmlərə verdiyi töhfələrə görə səkkiz beynəlxalq mükafat alıb. O, müasir dövrün ən nüfuzlu İslam alimlərindən biri idi.
4088130