IQNA

Ayətullah Fatiminiya vəfat etdi

9:40 - May 16, 2022
Xəbər sayı: 3492242
İran dövlət televiziyasında din və əxlaq mövzusunda mühazirələr oxuyan Ayətullah Seyyid Abdullah Fatiminiya 76 yaşında dünyasını dəyişib.

Beynəxalq Quran Xəbər Agentliyi (İQNA) xəbər verir ki, Ayətullah Seyyid Abdullah Fatiminiya 76 yaşında vəfat edib.

O,1946-cı ildə Təbrizdə anadan olub. Ayətullah Fatiminiya məşhur xətib, əxlaq ustadı, İslam tarixi üzrə mütəxəssis və kitabşünas idi. O, həmçinin rical elmində və nəzəri irfanda mütəxəssis idi. Habelə Nəhcül-bəlağə və Səhifeyi-Səccadiyyəni də şərh edirdi. Ayətullah Fatiminiyanın xütbələri İran televiziyalarında tez-tez yayımlanırdı.

 

captcha