IQNA

"Mübahilə" İslam və Şiənin iftixarıdır

23:55 - August 03, 2021
Xəbər sayı: 3490439
Ayətullah Əhməd Cənnəti illər öncə Tehran Cümə namazının birinci xütbəsində "Mübahilə" gününü xatırladaraq demişdi: Bu gün (Mübahilə günü) və onun tarixi nəticəsi İslam və Şiənin iftixarlarındandır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Ayətullah Əhməd Cənnəti – Nəzarət Şurasının Baş Katibi, 2012-ci ilin Noyabr ayında Tehranın Cümə namazının birinci xütbəsində "Mübahilə" gününü təbrik deyərək demişdi: Zilhəccə ayı çox nurlu, maraqlı və qəribə bir aydır. Bu ayda Ərəfə, Ömrə Həcci, Mübahilə ayəsi (Ali-İmran/61) və günü var. Bu ayda "Həl əta" surəsi və Vilayət ayəsi (Maidə/55) nazil olmuşdur.

«إِنَّمَا وَلِيُّكُمْ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ» (المائدة/55)

Biz Həzrət Əlinin (ə) şiələrindən olduğumuz üçün Allaha çox şükürlər etməliyik. Biz şiələr çalışmalıyıq tarixin bu ən böyük məzlumundan müdafiə edək.
Mübahilə günü Peyğəmbər (s) İmam Əli (ə), Həzrət Zəhra (s), İmam Həsən (ə) və İmam Hüseyn (ə) ilə mübahilə meydanına çıxdı. Bu, Nəcran məsihilərini qorxudaraq nigaran etdi.

«فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكَاذِبِينَ» (آل عمران/61).

Bu gün (Mübahilə günü) və onun tarixi nəticəsi İslam və Şiənin iftixarlarındandır. Bu ayə və Təthir ayəsi İmam Əlinin (ə) məqamının yüksəkliyini göstərir. Allah-Taalanın Quranda göndərdiyi şahidlərə və Tarixin göstərdiyi faktlara əsasən yer üzündə İmam Əli (ə) və Onun pak nəslindən yaxşısı yoxdur. /iqna

captcha