Az.shafaqna.com “Deutsche Welle”-yə istinadən xəbər verir ki, Qananın paytaxtında yeni məscid istifadəyə verilib.
O, Qərbi Afrikanın ikinci ən böyük müsəlman ibadətgahıdır.
Orada 15 min dindar ibadət edə bilər.
Akkrada yerləşən sözügedən məscid İstanbuldakı Göy məscidin oxşarıdır.
Kompleksin inşası 10 milyon dollara başa gəlib. Kompleksə 4 minarə, məktəb, klinika, kitabxana, ölülərin yuyulması yeri və məscid axundu üçün mənzil daxildir.
Məscid, eksteryerin mərmər elementləri və günbəzin kaskadları Qurani-Kərimdən olan ayələrlə bəzədilib.