IQNA

Misrdə 151 illik əlyazma Quran nüsxəsi tapıldı - Foto

11:37 - August 02, 2021
Xəbər sayı: 3490422
Bu Quran nüsxəsi sonralar Əbdül-Münim Əbdül-Baqi əl-Cəlayili adlı bir şəxsin əlinə keçir və həmin şəsx bu nüsxəni həyatının ən dəyərli əşyası olaraq qoruyub saxlayır.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin cənubunda yerləşən bir kənddə sadə bir kəndlinin evində 151 il yaşı olan əlyazma Quran nüsxəsi kəşf edilib.

Bu barədə "Ərəb Arxeoloqlar Birliyi"nin jurnalı elmi məqalə dərc edib.

Jurnalda verilən məlumata görə, sözügedən Quran nüsxəsi hicri-qəməri tarixi ilə 1287-ci ildə (1870 miladi) Osmanlı rəsmül-xətti ilə kitabət edilib.

Quranın üz qabığında həmin nüsxənin malikinin adı belə yazılıb: "Bu Quran nüsxəsi Allahın həqir (kiçik) və fəqir xidmətçisi Əhməd Məhəmməd Mustafa Həsən əl-Mürcaviyə məxsusdur. Allah onu, valideynlərini və bütün müsəlmanları bağışlasın".

Bu Quran nüsxəsi sonralar Əbdül-Münim Əbdül-Baqi əl-Cəlayili adlı bir şəxsin əlinə keçir və həmin şəsx bu nüsxəni həyatının ən dəyərli əşyası olaraq qoruyub saxlayır.

Nüsxənin haşiyəsində zinət və bəzək əlamətləri yoxdur. Bəzi əlamətlərdən bilmək olur ki, nüsxə əvvəlcə qızılsuyu ilə işlənib, amma sonralar qızılsuyunun izləri aradan gedib.

Sözügedən jurnalda bu barədə elmi məqalə yazan İslami arxeoloq Ustad Əlauddin Xudri bildirib ki, bu Quran nüsxəsinin xəttatı Misrli, Maliki məzhəbindən, Sufi təriqətində və Əşəri əqidəsində olub. /iqna

شناسایی قرآن خطی 151 ساله در جنوب مصر

شناسایی قرآن خطی 151 ساله در جنوب مصر

شناسایی قرآن خطی 151 ساله در جنوب مصر

captcha