IQNA

Şeyx Zəkzəki bəraət alaraq azad olundu

9:48 - July 29, 2021
Xəbər sayı: 3490393
Nigeriyanın Kaduna əyaləti üzrə Ali Məhkəməsi 6 ildir qanunsuz və haqsız yerə həbsdə saxlanılan İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzaki və həyat yoldaşının azad edilməsi barədə qərar qəbul edib.

Qərara əsasən Şeyx Zəkzaki və xanımı bütün ittihamlardan bəraət alıb. 
Kaduna  Ali Məhkəməsi prokrorluq tərəfindən Şeyx Zəkzaki və onun həyat yoldaşına qarşı irəli sürülən ittihamların sübuta yetirilmədiyini qeyd edib və onun azadlığına qərar verib. /iqna
captcha