IQNA

Marneulidə dini bayramlar münasibəti ilə mərasim keçirilib - Foto

0:18 - July 28, 2021
Xəbər sayı: 3490384
Gürcüstanın Marneuli rayonunun azərilər yaşadığı Daştəpə kəndində şiələrin 10-cu məsum rəhbəri Həzrət İmam Hadinin (ə) təvəllüdü və Qədir-Xum bayramı münasibəti ilə tədbir keçirilib.

Gürcüstanın Marneuli rayonunun azərilər yaşadığı Daştəpə kəndində şiələrin 10-cu məsum rəhbəri Həzrət İmam Hadinin (ə) təvəllüdü və Qədir-Xum bayramı münasibəti ilə tədbir keçirilib.

Quran tilavəti ilə başlanan tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və Gürcüstanın dəyərli ruhaniləri çıxış ediblər.
Çıxış edənlər bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, İslamda imamət məqamının mahiyyətindən və dinimizdə önəmindən geniş söhbət açıblar. İmam Əlinin (ə) fəziləti və Peyğəmbərimizin (s) əmanətləri qarşısında müsəlmanların üzərinə düşən öhdəliklər haqqında məlumat veriblər.
Məscidin həyətində təşkil olunan tədbirin sonunda Quran kursunda iştirak edən tələbələrə serifikatlar təqdim olunub. Nəhayət, şeir və İlahilərlə davam edən tədbir Fərəc duasının oxunması ilə başa çatıb. Sonda tədbir iştirakçıları bayram süfrəsinə dəvət olunublar. /oxuinfo

Marneulidə dini bayramlar münasibəti ilə mərasim keçirilib

Marneulidə dini bayramlar münasibəti ilə mərasim keçirilib

captcha