IQNA

Quranın nadir nüsxəsi Özbəkistandan çıxarılarkən ələ keçirildi

16:34 - October 15, 2019
Xəbər sayı: 3485962
Özbəkistanın xüsusi xidmət orqanları Qurani-Kərimin nadir nüsxəsini ölkədən qanunsuz yolla çıxarmaq istəyən şəxsi saxlayıb.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Özbəkistanın xüsusi xidmət orqanları Qurani-Kərimin nadir nüsxəsini ölkədən qanunsuz yolla çıxarmaq istəyən şəxsi saxlayıb.
Maide.Az İQNA-ya istinadən xəbər verir ki, əməliyyat Fərqanə Bölgəsi Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilib.
Kitabı 49 yaşlı Buxara sakini Fərrux Şarapov Fərqanəyə aparıb. O, bir dostu ilə kitaba Qırğızıstandan müştəri tapıb və Çimeon kəndində bir çayxanada görüşüblər. Razılaşmaya görə kitab 150 min dollara satılıb.
Keçirilən əməliyyatda Quran müsadirə edilib. .
Aparılan araşdırma nəticəsində Qurani-Kərimin həmin nüsxəsi 16-cı əsrdə xəttat Molla Yusif Sahhoh tərəfindən kitab halına gətirilib. Kitab Özbəkistan Dövlət Muzeyinə təhvil veriləcək.
Teqlər: iqna ، quran ، özbəkistan ، fərqanə
captcha