IQNA

İQNA “İsrail terrorizmi və beynəlxalq insan haqlarının səmərəsizliyi” adlı beynəlxalq vebinar keçirəcək

3:42 - November 29, 2023
Xəbər sayı: 3495054
TEHRAN (İQNA) - Noyabrın 29-da Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü ilə eyni vaxtda Beynəlxalq Quran Xəbər Agentliyinin himayəsi altında vebinar keçiriləcək.

İQNA “İsrail terrorizmi və beynəlxalq insan haqlarının səmərəsizliyi” adlı beynəlxalq vebinar keçirəcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, hər il noyabrın 29-da Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü münasibətilə mərasim keçirilir. Fələstinin işğalından 60 ildən çox vaxt keçir. Fələstin xalqının ağrıları hələ də davam edir. Əl-Əqsa tufanı əməliyyatı və bundan sonra işğalçı rejimin Qəzzada dinc əhaliyə qarşı vəhşi hücumları davam edir. Bu münasibətlə İQNA Xəbər Agentliyi yerli və xarici analitiklərin iştirakı ilə “İsrail terrorizmi və beynəlxalq insan haqlarının səmərəsizliyi” başlığı altında vebinar təşkil edir.

Bu proqramın xüsusi qonağı Qərbi Asiya və İslam dünyası analitiki Seyid Cəfər Rəzəvi olacaq və sualları cavablandıracaq.

Xarici məruzəçilər videokonfrans vasitəsilə insan haqları və beynəlxalq hüquq pozuntuları ilə bağlı fikirlərini bildirəcəklər.

Vebinarın virtual qonaqları arasında iraqlı siyasi analitik və Bağdad Regional Araşdırmalar Mərkəzinin rəhbəri Əli Əl-Sahib, Bəhreyn İnsan Haqları Forumunun prezidenti Baqir Dərviş, Yəmən İnsan Haqları Qrupunun prezidenti Emiriddin Cehaf, Yəmən İnsan Haqları Qrupunun prezidenti Yaser Əbu Heyn və Qəzzadan olan Fələstin Media Assosiasiyasının prezidenti keçmiş fələstinli məhbus Eyad Əbu Nasir var.

Vebinar www.aparat.com/iqnanews/live linki ilə Aparat internet saytında onlayn yayımlanacaq.

4184688

captcha