IQNA

Avropalı qızın Quranın səsindən aldığı təəssürat

9:46 - October 19, 2022
Xəbər sayı: 3493108
Sosial şəbəkələrdə yayımlanan və Qurani-Kərimin tilavət səsini eşidən gənc avropalı qızın təəssüratını əks etdirən klip istifadəçilər tərəfindən rəğbətlə qarşılanıb.

"İQNA", "Məşahid 24"-ə istinadən xəbər verir ki, bu günlərdə sosial şəbəkələrdə avropalı qızın həyatında ilk dəfə Qurani-Kərimin tilavətinə qulaq asması səhnəsini əks etdirən klip yayılıb.

Bu klip Twitter-də yayımlandıqdan bir neçə saat sonra minlərlə bəyənmə və retvit qazanıb.

Bu videoda milliyyəti məlum olmayan qız küçədə gedərkən küçədə motosiklet sürücüsünün səsləndirdiyi Quran tilavətinin səsindən təsirlənib, dayanıb yerə oturub və ağlamağa başlayıb.

Kuryer qızdan Quranı eşitdikdəki reaksiyasını və onu eşitmək istəyib-istəmədiyini soruşdu və o cavab verdi: Bəli. Ondan özünü necə hiss etdiyini soruşduqda o dedi: Ürəyimi çox yandırır.

Niyə ağladığını soruşduqda o, belə cavab verdi: "Gözəldir və ürəyinə təsir edir və toxunur".

captcha