"İQNA", Müqəddəs Hüseyni Astanının informasiya bürosuna istinadən xəbər verir ki, Beynəlxalq Qurani-Kərimin Təbliğ Mərkəzi Avstraliyanın Sidney şəhərində İmam Hüseynin (ə) mövludu münasibəti ilə və Ümumdünya Quran Günü kampaniyasının fəaliyyətləri çərçivəsində Quranla üns mərasimi keçirib.
Bu Quran məclisi Avstraliyanın Sidney şəhərindəki İmam Səccad (ə) Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Hüseyni Astanının Baş Katibliyinin nəzarəti altında keçirilib.
Quran mərasimində çıxışlar olunub. Sonda iştirakçılara hədiyyələrin paylanması ilə başa çatıb.