IQNA

Facebook, Twitter və Instagram Fələstinə dəstək olan paylaşımlara məhdudiyyət tətbiq edir

9:56 - May 11, 2021
Xəbər sayı: 3489787
“Facebook”, “Twitter”, “Instagram” sosial şəbəkələri isğalçı İsrail rejiminin Qüds və Şeyx Cərrah bölgəsində törətdiyi cinayətlərə dair fələstinlilərin paylaşımlarını silib və bir çox hesabı isə bağlayıb.

Maide.Az “Palinfo”ya istinadən xəbər verir ki, bu barədə Fələstin hökumətinin informasiya idarəsinin rəhbəri Səlamə Maruf məlumat verib. 
Fələstin hökumətinin informasiya idarəsi sosial şəbəkələrin  bu addımını qınayıb və sosial şəbəkələrin iğlaçılarla iş birliyi  etdiyini açıqlayıb. 
“Bu şəbəkələr ikili standart tətbiq edir. Fələstinlilərin paylaşımlarını sildikləri halda, işğalçıların kin, nifrət və irqçilik motivli paylaşımlarını görməzdən gəlirlər”.
S.Maruf insan haqları təşkilatlarına səslənərək fələstinlilərin söz və ifadə azadlığına tətbiq edilən məhdudiyyətlərə qarşı çıxmalarını istəyib.
captcha