Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) SəhərAzəri-yə istinadla xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 38172 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35607 nəfər müalicə olunaraq sağalıb, 559 nəfər vəfat edib, aktiv xəstə sayı 2006 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7351, bu günə qədər isə ümumilikdə 1002727 test icra olunub.