IQNA

Pakistanda yeni təşkilat yaradılır;

Sosial şəbəkələrdə müqəddəslərin təhriq edilməsinə nəzarət gücləndirilir

20:57 - November 28, 2017
Xəbər sayı: 3482439
Pakistan dövləti yeni bir təşkilat yaradaraq sosial şəbəkələrdə insanların dini inanclarını və müqəddəs bildiklərinin təhqirini qadağan edən qanun layihəsinin icrasına nəzarəti gücləndirir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Pakistandakı Mədəniyyət Əlaqələri İdarəsinə istinadla verdiyi xəbərə görə, Pakistan dövləti yeni bir təşkilat yaradaraq sosial şəbəkələrdə insanların dini inanclarını və müqəddəs bildiklərinin təhqir olunmasını qadağan edən qanun layihəsinin icrasına nəzarəti gücləndirir.

Pakistan dövlətinin yaratdığı yeni təşkilat 25 işçi ilə ölkənin rabitə və informasiya nazirliyinin nəzdində fəaliyyət göstərəcək və Pakistan ərazisində informasiya əlaqələrinin qanun əsasında tənzimlənməsinə nəzarət edəcəkdir.

Bu təşkilatın əsas vəzifəsi saytların, KİV-lərin, e-maillərin və sosial şəbəkələrin fəaliyyətinə nəzarət və onları kontrol etmək, lazım gələrsə, İslam dininin bütün məzhəblərinin və digər dinlərin müqəddəs simvolları təhqir edənləri təqib etmək və qanuni orqanlara təhvil verməkdir. Həmçinin bu təşkilat dinlərin müqəddəs simvollarını təhqir edən sayt və sosial şəbəkələrin fəaliyyətini dondura və saytları bloklaya bilər.

İsmayıl Şah – Pakistanın rabitə və informasiya müdiri, bu barədə dedi: Yeni yaranan təşkilat Pakistanın daxili işlər nazirliyi tərəfindən fəaliyyət göstərəcək və bu məsələyə aidiyyatı olan nazirlik və təşkilatların da bu yeni yaranmış təşkilatda nümayəndələri olacaqdır.

http://iqna.ir/fa/news/3667710


captcha