IQNA

"The İndependent" yazır:

Quran terrorizmi dəstəkləmir

11:27 - February 03, 2016
Xəbər sayı: 3480127
Tehran, 03.02.2016 – Dırnaqarası "cihad" qruplaşmaları özlərini həqiqi İslamın müdafiəçisi kimi qələmə verməyə çalışırlar və öz cinayət əməllərini Quran ayələri ilə təfsir edir və dini don geyindirirlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "The İndependent" qəzetinin internet portalına istinala verdiyi xəbərə görə, İŞİD, Taliban, əl-Qaidə, Vəhabi və Sələfi kimi ifratçı və radikal cərəyanlara aid olan müxtəlif dırnaqarası "cihad" qruplaşmaları özlərini həqiqi İslamın müdafiəçisi kimi qələmə verməyə çalışırlar, iddia edirlər ki, London, Nyu-York və Parisdə törədilən terror hadisələrini Quran ayələrinin təfsiri ilə əsaslandırmaq olar və buna əsasən də öz cinayət əməllərini Quran ayələri ilə təfsir edir və dini don geyindirirlər. Halbuki bütün müsəlmanlar bu terroristlərin cinayətlərini məhkum edirlər.

Amma bu məsələni dərk etmək qeyri-müsəlmanlar üçün bir az çətin məsələdir. Onlar üçün sual yaranır ki, Qurana əsaslanın terror edənlər doğru deyirlər, yoxsa, terrorçuları məhkum edənlər?! Doğurdanmı İslam təhlükəli dindir?

Amma İslam dininin maarifi ilə yaxından tanış olsaq, görərik ki, Quran-Kərim terrorçuların cinayətlərini dəstəkləmir. Doğrudur, Allah-Taala müxtəlif çətin şərtlər əsasında müsəlmanlara savaş icazəsi vermişdir. Amma bu terrorçular bu şərtlərin heç birinə əməl etmirlər. Bu şərtlərdən bəziləri aşağıdakılardır:

1). Müsəlmanlar ilkin olaraq döyüşə başlaya bilməzlər. Onlar təkcə müdafiə xarakterli müharibə edə bilərlər.

2). Müsəlmanlar öz vətənləri, şəhərləri və evlərindən ixrac olunmaq təhlükəsi ilə üz-üzə qaldıqda savaşa başlaya bilərlər.

3). Məzlum və köməksiz insanlar müsəlmanlardan kömək istədikdə müsəlmanlar onları qorumaq üçün müharibə edə bilər.

Quran bu döyüşlər üçün də ağır şərtlər qoymuşdur ki, bunlara riayət edilməlidir:

1). Düşmən sülh təklif edərsə, müsəlmanlar dərhal döyüşü dayandırmalıdır.

2). Müsəlmanlar döyüşərkən İlahi ədaləti ayaq altına ata bilməzlər.

3). Müsəlmanlar əsirlərlə ehtiramla davranmalıdırlar.

4). Müsəlmanlar əsirləri dustaq edib, sonra onlardan döyüş üçün istifadə edə bilməzlər.

5). Müsəlmanlar öz əqidələrini zorla qeyri-müsəlmanlara qəbul elətdirə bilməzlər.

Müşahidə etdiyiniz kimi Quran-Kərim terrorçuların heç bir əməlini himayə etmir. Döyüş icazəsi də əks-reaksiya və müdafiə xarakterlidir. Döyüşə başlamğa və günahsız insanları öldürməyə icazə vermir. Əsas göstərişləri də sülh və dostluğa əsaslanır.

http://iqna.ir/fa/news/3472179


Teqlər: quran ، terror ، döyüş ، əsir
captcha